Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarının Ukraynaya daxil olmaq üçün ölkə ərazisindən istifadə etdiyini etiraf edib.

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.

Lukaşenko bildirib ki, müharibə başlayanda Rusiya ordusunun ayrı-ayrı bölmələri Belarus ərazisindən Ukrayna ərazisinə daxil olub. Onun sözlərinə görə, qoşunlar Çernobıl ərazisində sərhədi keçib.

"Bəli, Belarus ərazisindən ayrı-ayrı bölmələr Ukrayna sərhədini keçdi. ... Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus və Ukrayna arasındakı sərhədi keçdi - onu Zelenskidən soruşun", - deyə Aleksandr Lukaşenko qeyd edib.