Moskvada Kremllə üzbəüz yerləşən Zaryadye parkı bir həftə ərzində üçüncü dəfə boşaldılıb.

"Unikal" xəbər verir ki, “naməlum qurğu” barədə məlumat daxil olduqdan sonra parka giriş müvəqqəti bağlanıb.Həmçinin bildirilib ki, parka gələnlər təxliyə edilib, kinoloqlar yerində işləyir. Sonradan məlum oldu ki, park müntəzəm işləyir.

Hazırda nə parkın saytında, nə də sosial şəbəkələrdə evakuasiya ilə bağlı heç bir məlumat yoxdur.