Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə görüşüb.

"Unikal" TRT-yə istinadən xəbər verir ki, görüş Budapeştdə baş tutub.

Görüşdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və digər şəxslər müşayiət edib.

Liderlər regional və qlobal hadisələrlə yanaşı, Türkiyə ilə Özbəkistan arasındakı əlaqələri də müzakirə edib.