Elektrikli avtomobil istehsalçısı Skywell Türkiyədə istehsal edəcəyi akkumulyator fabriki ilə enerjinin saxlanmasında mühüm addım atacaq.

"Unikal" xəbər verir ki, elektrikli nəqliyyat vasitələri və enerji saxlama sistemləri bütün dünyada getdikcə daha çox əhəmiyyət qazanır. Aparıcı şirkətlərin enerji saxlama sistemləri enerji tələbatını ödəmək və enerji səmərəliliyini artırmaq üçün böyük potensiala malikdir. Skywell-in Türkiyədə edəcəyi akkumulyator və enerji saxlama sistemi sərmayəsi, təkcə Türkiyənin deyil, həm də Avropanın gələcəyin enerji ehtiyaclarını təmin etmək məqsədinə doğru bir addım olaraq diqqət çəkir.

Ulubaşlar Qrupu şirkətlərindən biri olan Ulu Motor və Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Skywell-in istehsalçısı Skyworth arasında bu yaxınlarda Türkiyədə Batareya İnkişafı və İstehsalı fabrikinin açılması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, 2024-cü ilin birinci rübünə qədər 800+4C arxitekturasına malik akkumulyator istehsalı fabriki açılacaq. Bu batareyalarla doldurma gücü 120 kVt-dan 480 kV-a qədər artacaq ki, bu da onu 8 dəqiqə ərzində 0-dan 80 faizə qədər doldurmağa imkan verəcək.