Fransada "Fatal Bazuka" ləqəbi ilə tanınan məşhur aktyor və komediya ustası Maykl Youn səhnəyə çıxdığı verilişdə daxili işlər naziri Cerald Darmaninin telefon nömrəsini paylaşıb.

"Unikal" xəbər verir ki, Mans şəhərində keçirilən “Böyük Maşın Şousu” tədbiri çərçivəsində səhnəyə çıxan Youn, nazir Darmaninə aid olduğunu dediyi telefon nömrəsini səhnədə ekrana əks etdirib.

O, "Fransa siyasətinə kiçik bir töhfə olsun" deyərək, izləyicilərindən Darmaninə mesaj göndərmələrini istəyib.  

Younun bu hərəkəti sosial mediada müzakirələrə səbəb olub.

Bəzi sosial media istifadəçiləri Youn “şəxsi həyatının məxfiliyini pozmaqda” günahlandırsa da, bəzi istifadəçilər məşhur komediyaçının seçimini “Fransa siyasi sistemindəki problemləri pisləmək üçün təsirli üsul” kimi qiymətləndiriblər.

Hələlik bu addımlara reaksiya verməyən Darmaninin Youna qarşı hər hansı hüquqi prosesə başlayacağı maraq doğururub.  

Gülayə Mecid