İtaliyanın məşhur milyonçu bankirlərindən biri olan Massimo Seqre nişanlısının onu nişan məclisində aldatdığını iddia edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı milyonçunun açıqlaması mərasimdəkiləri heyrətə salıb. Belə ki, şənliyin ortasında mikrofonu əlinə alan Seqre emosional çıxış əvəzinə sevgilisini ona xəyanət etməkdə günahlandırıb və münasibətlərini bitirdiyini açıqlayıb.

Xəyanəti fotoşəkillərlə sübut edən kişi mərasimdəki qonaqları şoka salıb. 

Digər tərəfdən milyonçu Seqrenin açıqlamaları nişanlısı Kristinanın vəkilini hərəkətə keçirib. Vəkil Massimonun müvəkkilini qəsdən incitdiyini və onun nüfuzuna xələl gətirdiyini iddia edərək məhkəməyə verib.

Gülayə Mecid