Sevastopolda iki Ukrayna vətəndaşı təxribat hazırlamaqda şübhəli bilinərək təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Məlumata görə, özəl mühafizə xidmətinin əməkdaşları iki nəfərin Balaklava rayonu ərazisində suqəbuledici məntəqənin yaxınlığında torpaq qazdığını görüblər. Onların sənədləri yoxlanılıb - kişilərin Ukrayna vətəndaşları olduğu üzə çıxıb. Onların telefonlarında rayonun infrastruktur obyektlərinə gedən marşrutun xəritəsi olub. 

Saxlanılan şəxslər xəzinə axtardıqlarını, lakin təsadüfən itdiklərini iddia ediblər. Hər iki şəxs tutulub. 

Ağarza Elçinoğlu