Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nurəli Abdullayev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
"Unikal" xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.
Şəhid Nurəli Abdullayev yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Nurəli Abdullayev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.