Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Rəhimov vəfat edib.
"Unikal" xəbər verir ki, futbolçu 34 yaşında uzun sürən xəstəlikdən sonra Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.