Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Oğuz və Qəbələ rayonları sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.