Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, bağlanış matçında “Qarabağ” “Kəpəz”i qəbul edib.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı doqquzuncu dəqiqədə meydan sahiblərinin heyətində Juninyo açıb.
Lakin 86-cı dəqiqədə Cavad Kərimov bərabərliyi təmin edib.
Yeddi xalı olan “Qarabağ” üçüncüdür. “Kəpəz” dörd xalla doqquzuncu yerdə qərarlaşıb.