Türkiyənin Adana şəhərində silahlı insident olub.

"Unikal" Haber Global-a istinadən xəbər veriri naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis törədən şübhəlilərin axtarışına başlayıb.