Çeçenistan Müsəlmanlarının Ruhani İdarəsi özünün "Telegram" kanalında "Toy şənliklərinin keçirilməsinin məcburi normaları" adlı sənəd dərc edib.

"Unikal" xəbər verir ki, qayda respublika rəhbəri Ramzan Kadırovun göstərişi ilə hazırlanıb.

50 min rubl məbləğində cehiz, çay, şəkər, qoyun çeçen ənənələrinə uyğun olaraq dəyişməz olaraq qalır. 

Yeni qaydalara əsasən, kürəkən, qayınata, qayınana və başqalarına bahalı hədiyyələr vermək qadağandır. Həm də kürəkən tərəfindən ziyarət zamanı bərpa edilmiş ənənədən artıq hədsiz hədiyyələr etmək də məhdudlaşdırılır.

“İslam dininə və çeçen adətinə uyğun gəlməyən hər hansı israfçılıq, yəni brilyant üzüklər, xəz gödəkçələr, məişət texnikası, mənzillər, avtomobillər və s. kimi bahalı hədiyyələr qəti qadağandır", - sənəddə deyilir.

Ağarza Elçinoğlu