Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb.
"Unikal" xəbər verir ki, “İrAero” aviaşirkəti avqustun 31-dən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.
Belə ki, aviaşirkətin təyyarələri Azərbaycanın paytaxtına cümə axşamı və bazar günləri uçuşlar həyata keçirəcək.
Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də, bazar günləri saat 09:10-da Bakı istiqamətində havaya qalxacaq.