"Toyota Motor" konserni kütləvi sistem nasazlığına görə Yaponiyadakı bütün zavodlarında işləri dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Paşinyanın Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, "Toyota Motor"un Yaponiyada ümumilikdə 14 montaj zavodu var. Qəzanın səbəbi hələlik məlum olmasa da, onun sistem xarakterli olduğu bildirilir. Hazırda fabriklərin işinin bərpa olunacağı tarixlər barədə məlumat yoxdur.
***09:04
Yaponiyada "Toyota"nın 12 zavodu fəaliyyətini dayandırıb.
"Unikal" bu barədə NHK telekanalına istinadən xəbər verir.
Buna səbəb sistem nasazlığı olub.
Telekanal qeyd edir ki, ölkədə şirkətin ümumilikdə 14 zavodu fəaliyyət göstərir.
Ağarza Elçinoğlu