İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o öz “X” profilində paylaşım edib.
Bildirilib ki, Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.