Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.
Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.
Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrossmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.
Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.