Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında "Neftçi" Sumqayıtda eyniadlı komandanın qonağı olub.

"Kapital Bank Arena"kı görüş "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Bakı klubunun yeni transferi Dieqo Valdes vurub.

Ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" xallarını 8-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. 7 xalı olan "Sumqayıt" isə dördüncü sıraya geriləyib.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Turan Tovuz" səfərdə "Sabah"a 3:0, "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 3-də keçiriləcək "Kəpəz" - "Araz-Naxçıvan" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.