Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar azalaraq, 88,87 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar bahalaşaraq, 85,86 dollar təşkil edib.