“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidika karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hücumçu “Sabah”la razılığa gəlib.
27 yaşlı forvard paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Yesse və "Sabah" tezliklə yeni müqavilə imzalayacaqlar.