Muğlanın Bodrum rayonunda işçiləri daşıyan avtobus dərəyə aşıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzada 23 işçi yaralanıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinə texniki qulluq şirkətinin işçilərini daşıyan avtobus Atatürk Bulvarında yağış səbəbindən sürüşərək idarəetmədən çıxıb.

Ağarza Elçinoğlu