İspaniyanın "Vilyarreal" futbol klubu Enrike Seti baş məşqçi postundan uzaqlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb. 

2022-ci ildə 64 yaşlı ispaniyalı mütəxəssis oktyabrda son İspaniya çempionatında 5-ci yeri tutan və Avropa Liqasının qrup turnirinə vəsiqə qazanan "Vilyarreal"a rəhbərlik edib.

Cari çempionatın startında "Vilyarreal" dörd oyunda üç məğlubiyyət alıb və 15-ci yerdədir.

Ağarza Elçinoğlu