Rusiya Federasiyasının prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Şahzadə Putinə krallığın BRİKS-ə qoşulmaq çağırışını dəstəklədiyinə görə təşəkkür edib. Putinin Səudiyyə Ərəbistanının vəliəhdi ilə söhbətində OPEC+ formatında əməkdaşlıq yüksək qiymətləndirilib.

Putin və Məhəmməd əməkdaşlığın daha da dərinləşdirilməsinin aktual məsələlərini nəzərdən keçiriblər. 

Ağarza Elçinoğlu