Ermənistanda Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Davit Ananyan xalqı ümumi hərbi səfərbərliyə səsləyib.

"Unikal" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

Siyasətçi hökumətin bu barədə məşğul olmadığını bildirib: "Fikirləri İrəvan Ağsaqqallar Şurasının seçkiləri, strateji müttəfiqlə münasibətlərin sui-qəsd və şüurlu şəkildə kəsilməsinə aparan addımların həyata keçirilməsinə yönəlib. Müxalifət də, deyəsən, növbəti konsolidasiya cəhdi hazırlayır, hesablamalar aparır.

İndi də bəlkə elə məqamdır ki, hamımız bütün bunları dayandırıb ümummilli səfərbərlik elan etməliyik".

Ağarza Elçinoğlu