Ukrayna Ali Radası Dövlət Əmlak Fondunun keçmiş sədri Rustem Umerovu ölkənin müdafiə naziri təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın səsvermələri nəticəsində məlum olub. 

"Sentyabrın 6-da parlament Umerovun nazir vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib. Təyinatı 338 xalq deputatı dəstəkləyib. Bir deputat bitərəf qaldı, heç kim əleyhinə səs vermədi. 21 deputat səsvermədə iştirak etməyib", - məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu