Türkiyənin Diyarbəkir vilayətində toy mərasimində dəhşətli anlar yaşanıb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, naməlum silahlı şəxs mərasimə gələrək bəyə atəş açıb.  8 güllə yarası alan bəy xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilib. 

Məlum olub ki, hadisəni törədən şəxs gəlinin keçmiş sevgilisidir.  Belə ki,  S.E adlı şəxs sevdiyi qızın ailəsinə dəfələrlə elçi göndərib. Lakin qızın ailəsi ona yox cavabını verib.  Toydan xəbər tutan S.E isə mərasimə silahlı hücum etməklə kifayətlənib.  

Hadisədən sonra o, saxlanılıb.