İranda professorların universitetlərdən qovulması və müəllimlərin həbs dalğası əhalinin əhəmiyyətli dərəcədə savadsızlığı və tələbələrin təhsildən yayınması ilə nəticələnib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, İslam Respublikası ölkənin ən mühüm universitetlərində müəllimlik vəzifələrini təbliğatçılara və ekstremistlərə verərək müəllimləri minlərlə hökumət mollaları ilə əvəz edir.

Xamneyinin sevimli pərəstişkarlarından biri olan molla Səid Haddadian Tehran Universitetinin Ədəbiyyat fakültəsinin magistratura pilləsində dərs deyəcək.

Əli Xamenei dəfələrlə İslam Respublikasının regionda ilk güc olacağına söz versə də, İranda savadsızlıq səviyyəsi regionun bir çox ölkəsi ilə müqayisədə artıb: "İranda savadlılıq səviyyəsi 89% olduğu halda, Azərbaycan, Ermənistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstan əhalisi 100% savadlıdır. Həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyada savadlılıq səviyyəsi 98%, Türkiyədə 97%, Oman və Küveytdə 96% və Qətərdə 93% təşkil edir.

Ağarza Elçinoğlu