Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan birinci xanımlar və cənablar sammitində iştirak etmək üçün Kiyevə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın "Klymenko Time" nəşri məlumat yayıb.

"Ermənistanın baş nazirinin həyat yoldaşı Kiyevə gəlib və burada birinci xanımların sammitində iştirak edəcək. Anna Akopyanın səfəri zamanı Ukraynaya humanitar yardım köçürəcəyi gözlənilir", - məlumatda deyilir.