Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo ABŞ-da keçiriləcək 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağı ilə bağlı suala cavab verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Ronaldo bununla bağlı hələ düşünə bilmədiyini deyib:
“Son iki ildə mən fərqli düşünməyə başladım. Bəzi şeylər baş verdi ki, bu gün üçün yaşamalı olduğumu başa düşdüm. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”.