Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo 19 ildə ilk dəfə “Qızıl top”a iddialılar siyahısına salınmayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, "France Football" jurnalı mükafata 30 namizədin siyahısını dərc edib. “Qızıl top”un beşqat qalibi Ronaldo oraya daxil olmayıb. Portuqaliyalı hücumçu daha əvvəl 2008, 2013, 2014, 2016, 2017-ci illərdə bu mükafata layiq görülüb.

2022/23 mövsümünün ən yaxşı futbolçusuna verilən "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdəki Şatle Teatrında keçiriləcək.

"Qızıl top" 1956-cı ildə "France Football" tərəfindən Avropada ilin ən yaxşı oyunçusuna verilən mükafat kimi təsis edilib.

Nuranə Abbasova