"Hərbi-siyasi vəziyyət xeyli pisləşib".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

O, həmçinin bildirib ki, Ermənistan sülh gündəminə sadiqdir, Azərbaycanla sülh sazişi imzalamaq istəyir və buna hazırdır.

Qeyd edək ki, bugünkü sessiyanın gündəliyinə 40 məsələ daxildir ki, onlardan 34-ü barədə məlumat verilmir, daha 3 məsələ məxfi xarakter daşıyır.

Ağarza Elçinoğlu