Pentaqonun rəhbəri Lloyd Ostin ilə Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rustem Umerov arasında telefon danışığı “yaxın gələcəkdə” baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sədr müavini Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ukraynadakı kadr dəyişikliklərindən xəbərdardır, ona görə də yaxın vaxtlarda telefon danışığı gözlənilir.