“Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcəyik”.
"Unikal" xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli deyib.
Qurum sözçüsü ermənilərin mütəmadi olaraq belə təxribatlar törətdiyini bildirib:
“Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq”, - qurumun sözçüsü bildirib.
Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda baş tutan Ermənistan - Xorvatiya matçında ermənilər meydança üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin əsgi parçasını nümayiş etdiriblər.