Paytaxtın Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda sıxlıq yaranıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə etmək tövsiyə olunur.