“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, şəbəkə öz izləyicilərini ayıq-sayıq olmağa, saxta mənbələrə etimad göstərməməyə, şəxsi və bank kartları üzrə məlumatları kənar şəxslərlə bölüşməməyə çağırıb.

Şəbəkənin rəsmi saytları və sosial media hesabları aşağıdakılardır:

- Rəsmi sayt: https://kontakt.az/

- Rəsmi Instagram hesabı: @kontakt_home

- Rəsmi Facebook hesabı: fb.com/KontaktHome

- Mebel və Tekstilə aid Instagram hesabı: @kontakt_home_mebel

“Kontakt”ın bütün kampaniya, endirim və digər yenilikləri barədə məlumatlar yalnız həmin hesablarda paylaşılır. 

Qeyd edək ki, şəbəkə məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına, habelə hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət hallarının aradan qaldırılması məqsədilə onlarla sıx əməkdaşlıq edir. Siz də saxta səhifələri aşkarladığınız və ya bu kimi qanunsuzluqlarla üzləşdiyiniz halda, şəbəkənin *6060 Çağrı Mərkəzinə zəng edə, eyni zamanda hüquq-mühafizə orqanlarına şikayət edə bilərsiniz.