Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Digər sərəncamla təhsil nazirinin müavini Ovni Muradov müvəqqəti olaraq nazirin səlahiyyətlərini icra edəcək.