Aktyor Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness qarşılıqlı razılıq əsasında boşandıqlarını açıqlayıblar.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə cütlük birgə açıqlama yayıb.
“Biz 30 ilə yaxın ər-arvad kimi gözəl, sevgi dolu bir evlilikdə birlikdə yaşamışıq. Yolumuz indi dəyişir və biz ayrı yollarla getməyə qərar verdik. Ailəmiz bizim prioritetimiz olub və həmişə olacaq.
Bu yeni həyata minnətdarlıq, sevgi və xeyirxahlıqla başlayırıq”, - deyə sənətçilər bildirib.
Qeyd edək ki, Cekman 1996-cı ildən Deborra-Li Fernesslə evlidir. Onlar “Korrelli” serialının çəkiliş meydançasında tanış olublar. Deborra aktyordan 13 yaş böyükdür. Övladı olmayan cütlük iki uşağı – Oskar adlı oğlanı və Ava Eliot adlı qızı övladlığa götürüblər.
Nuranə Abbasova