İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

"Unikal" xəbər verir ki, 33 yaşlı hücumçu Türkiyənin "Adana Demirspor" klubuna keçib. Son klubu İsveçrə "Sion"u olan forvardla 1+1 illik müqavilə imzalanıb.

2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.

Qeyd edək ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl "Qarabağ"dan "Adana Demirspor"a keçib.