Azərbaycanın “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, komanda yarımfinalda “Borussiya Sibiu” (Rumıniya) ilə üz-üzə gəlib. Qarşılaşma "Zəngəzur"un 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Komanda bu gün üçüncü yer uğrunda görüşə çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq matçda rəqib Rumıniyanın "Nova Vita Taqru" komandası olacaq.