Şimali Atlantika Alyansı hərbi texnika və sursatların qiymətində sürətli artım qeydə alıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer NATO Baş Qərargah rəislərinin Osloda keçirilən illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Mətbuat konfransı zamanı Bauer NATO-nun Soyuq Müharibədən bəri ən böyük “Dayanıqlı Müdafiə” təlimini keçirəcəyini də bildirib. Onlar 2024-cü ilin yazında baş tutacaq.