Amerika Birləşmiş Ştatlarının hərbi rəsmiləri Cənubi Karolinada pilotun özünü havadan atmasından sonra izini itirdikləri “F-35” döyüş təyyarəsini tapmaq üçün xalqdan kömək istəyib.

"Unikal" xəbər verir ki, dəniz piyada pilotu sentyabrın 17-si günortadan sonra uçduğu “F-35B Lightning II” təyyarəsində problemlər yarandıqdan sonra özünü təyyarədən atıb.

Pilot xilas olduqdan sonra hərbi səlahiyyətlilər itmiş təyyarənin axtarışı üçün Şimali Çarlstonun şimalındakı iki gölə yollanıblar.

Mayor Melanie Salinas pilotun yerli vaxtla saat 14:00 radələrində Şimali Çarlstona paraşütlə tullandığı, xəstəxanaya aparıldığı, vəziyyətinin yaxşı olduğunu bildirib, lakin o, təyyarənin problemini açıqlamayıb.

Yerli konqresmen Nensi Meys “F-35-i necə itirə bilərsiniz? "Necə olur ki, təyyarənin izləmə cihazı yoxdur və biz onun tapılmasını camaatdan istəyirik?" - deyə etirazını bildirib.