Rusiyanın müdafiə naziri İranda rəsmi səfərdədir.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Qeyd olunub ki, rusiyalı nazir artıq iranlı həmkarı ilə görüşə başlayıb: "Rusiya Federasiyasının müdafiə naziri general Sergey Şoyqu Tehranda rəsmi səfərdədir və ölkəmizin silahlı qüvvələrinin bir qrup yüksək vəzifəli şəxsləri ilə görüşəcək". 

***14:39

Rusiya müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. 

"Unikal" xəbər verir  ki,  bu barədə  İranın "Tasnim" agentliyi məlumat yayıb. 

Bildirilir ki, o, bu gün Tehranda İran Silahlı Qüvvələri komandanlığının nümayəndələri ilə görüşəcək.

Gülayə Mecid