Deputatlar üçün mobil tətbiq layihəsi hazırlanıb.
"Unikal" xəbər verir ki, layihə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında təqdim olunub.
İclasda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsini parlamentin Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov təqdim edib.