Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur matçında "Qarabağ" "Molde"yə 1:0 hesabı ilə qalib gəlib.
"Unikal" xəbər verir ki, bu qələbə sayəsində Ağdam təmsilçisi Azərbaycana UEFA reytinqindəki hesabına 0,500 xal əlavə edib.
17,375 xalla 29-cu pillədə qərarlaşan ölkəmizin mövqeyi dəyişməz olaraq qalıb. Slovan”ın doğma meydanda “KI Klaksvik”ə qalib gəlməsi (2:1) sayəsində reytinqdə bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb (17,875 xal).
Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.