Xəbər verdiyimiz kimi, Şuşanın girişində işğalçılar tərəfindən quraşdırılan tank götürülüb.

"Unikal"ın məlumatına görə, Ermənistan tərəfindən Şuşanın işğalının xatirəsinə quraşdırılmış 442 nömrəli “T-72”  tankı 31 ildən sonra Bakıya gətirilib.

8 may 1992-ci ildə Milli Qəhrəman Albert Aqarunov tərəfindən vurulan  həmin tank Bakıda Qənimətlər parkına aparılıb və orada nümayiş olunacaq.