"Biz Ukrayna ilə atəşkəslə bağlı heç bir təklifi nəzərdən keçirməyəcəyik".

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, bu qərarı onunla izah edib ki, Moskva bir vaxtlar bunu nəzərə alıb, amma aldanıb.

Lavrov qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, amma atəşkəsə yox.