Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda sərnişin avtobusunun xəndəyə aşması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları göndərilib. 

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib. Qəza nəticəsində avtomobildə qalan Turan Çağrıboğa hadisə yerində dünyasını dəyişib. Yaralılar arasında Neclem Vəliyeva və Nezahat Bayramı aparıldıqları Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qəzada yaralanan sürücü və 21 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.