Vyetnamın Bin Duonq əyalətinin Səhiyyə Departamenti meymunçiçəyi virusunun insandan insana ilk ötürülməsi faktını qeydə alıb.

"Unikal" xəbər verir ki, idarədən verilən məlumata görə, əyalətin qəsəbələrindən birinin sakininə virus tanışından yoluxub. O, xəstəliyin yayılmasının qarşısını almaq üçün hazırda karantindədir.

Mütəxəssislər 22 yaşlı qızın yoluxduğunu açıqlayıb. Güman edilir ki, o, əvvəllər bütün Vyetnamda bu xəstəliyə tutulan üçüncü xəstə kimi tanınan tərəfdaşından yoluxub. İlk iki yoluxma hadisəsi 2022-ci ilin payızında qeydə alınıb. Virus xaricə səfərdən evə qayıdan vyetnamlılarda aşkar edilib.