AFFA İntizam Komitəsi Premyer Liqanın VII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara görə klubları cəzalandırıb.
"Unikal"ın məlumatına görə, “Turan Tovuz”la görüşün 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın məşqçisi Mübariz Orucov 1-i şərti olmaqla 2 oyunluq cəzalanıb, klubu 1500 manat cərimə edilib. Mütəxəssisə 3 ay sınaq müddəti verilib.
“Sabah”la səfər qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək. Təcili Tibbi Yardım avtomobili görüşə təyin olunan vaxtdan gec gəldiyindən “Sabah” 1000 manat ziyana düşüb.
“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydana kənar şəxsin daxil olması birincilərin 800 manat cərimələnməsinə səbəb olub.