Bu gün dünyasını dəyişən millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10:00-da Heydər Məscidində keçiriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev açıqlamasında deyib.

O bildirib ki, Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn olunacaq.